İndoneziyada COVID-19-a yoluxanların sayı artdı
Sağlamlıq
11.06.2025 17:55
İndoneziyada bu ilin əvvəlindən bəri ölkə üzrə 75 COVID-19 yoluxması qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli mətbuat Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin sözçüsü Aji Muhavarman bildirib ki, yoluxanların əksəriyyəti artıq sağalıb, ötən həftə isə iki yeni hal aşkarlanıb. O, əhalini ayıq-sayıq olmağa və qoruyucu tədbirlərə — xüsusilə ictimai yerlərdə tibbi maska taxmağa və kütləvi toplanışlardan çəkinməyə çağırıb.
Nazirliyin məlumatına görə, dünyada yeni alt-variantlarla bağlı artan narahatlığa baxmayaraq, İndoneziyada hələ ki, “Nimb” adlanan və yoluxuculuğu yüksək olan Omikron ştammından törəmiş variant aşkarlanmayıb.
Muhavarman bildirib ki, hazırda İndoneziyada üstünlük təşkil edən variant "LF.7"dir. Bu ştamm son aylarda bir sıra ölkələrdə yoluxmaların artmasına səbəb olub.
Qiymət Mahir
tag: İndoneziya,COVID-19 ,Yoluxma,Virus,todaypress.tv,