Təhsil krediti alan tələbələrin sayı açıqlandı
Sosial
10.06.2025 12:12
Təhsil Tələbə Krediti Fondunun (TTK) təhsil tələbə kreditləri üzrə indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.
Həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir.
Bildirilib ki, qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.
"Geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83%, Azərbaycan Texniki Universitetində 82%, Gəncə Dövlət Universitetində isə 59%-dir. Eyni zamanda “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub", - deyə o qeyd edib.
Vurğulanıb ki, cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır.
Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir.
tag: Elm,Təhsil,Tələbə,Kredit,Todaypress.tv,
 
        
 
                                ![Ukraynada müharibə başlayandan tanınan diplomların sayı açıqlanıb [[- RƏSMİ]]](/uploads/news/68b1a5cabf022.webp) 
                                            ![Abşeronda 21 nömrəli bağçanın [[müdiri işdən çıxarıldı]]](/uploads/news/68b7fe98833e1.webp) 
                                            ![Bir sıra imtahanlar [[tam rəqəmsal formatda]] həyata keçiriləcək](/uploads/news/68775d7890922.webp) 
                                            ![[[Tibb Universitetinə qarşı ETİRAZ:]] “Qiyməti artırırlar, keyfiyyəti isə yox”](/uploads/news/68a33b11f2975.webp) 
                                            ![Süni intellekt [[müəllimləri]] əvəz edəcək?](/uploads/news/68c81f9cbf6bd.webp) 
                                            ![Kolleclərə [[ixtisas seçimi]] başlandı](/uploads/news/688b014d7c179.webp) 
                                            ![MÜTDA [[geyim formaları ilə bağlı valideynlərə]] müraciət etdi](/uploads/news/689b137923543.webp) 
                                            ![[[DİM:]] İmtahanda 5 nəfərdə mobil telefon aşkarlandı](/uploads/news/68737ee119091.webp) 
                                            ![Kolleclərə qəbul olunanların [[qeydiyyat tarixi]] açıqlandı](/uploads/news/68b94d1ad34e0.webp) 
                                            ![Kolleclərə [[yeni təyinatlar]] oldu](/uploads/news/68dd028a7bbf9.webp) 
                                            