Hicran Hüseynova: “Bu stereotiplər artıq arxada qalıb”

Elm və Təhsil

21.06.2025 12:17

“Düzgün və hərtərəfli inkişaf edən, vətənpərvər nəsil yetişdirmək bizim ən böyük vəzifəmizdir.”

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan İlahiyyat İnstitutunun “Məzun günü” tədbirində çıxışı zamanı deyib.

O, ailə institutunun qorunmasının milli kimliyimizin əsas dayaqlarından biri olduğunu bildirib:

“Ailələrimizi qoruyub saxlamaq isə milli kimliyimizin əsas dayaqlarındandır. Bu gün biz tamamilə yeni geosiyasi maraqlarla üz-üzəyik. Mövcud reallıqlar fonunda Azərbaycan özünəməxsus mövqe tutur. Çoxsaylı problemlərin içərisində biz bir körpü yaratmağı bacarmışıq”. 

H.Hüseynova məzun qızları təbrik edərək, Azərbaycan qadınının cəmiyyətdəki roluna da diqqət çəkib:

“Azərbaycan qadınları bu gün real şəkildə inkişaf edən, cəmiyyətə töhfə verir. Uzun illər ərzində Azərbaycan qadınını yalnız evdar obrazında təqdim etməyə çalışırdılar. Bu stereotiplər artıq arxada qalıb”.

Qiymət Mahir

tag: İlahiyyat,İnstitut,Tədbir,Məzun,Todaypress.tv,