TƏBİB stomatoloqların iddialarına CAVAB VERDİ

Sosial

22.05.2025 15:39

13

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) stomatoloqların "icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil, zəruri avadanlıqlarla təmin olunmayıblar, stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli, həm avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir" iddialarına cavab verib.

TodayPress TV xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə açıqlamasında deyib ki, stomatoloqlarla danışıqlar aparılacaq, fikirləri dinləniləcək:

“Hazırda rəsmi qərar yoxdur, müzakirələr aparılır. Müzakirələrin nəticəsində ən optimal qərar qəbul ediləcək, maliyyə şəffaflığı təmin ediləcək. Eyni zamanda infrastruktur daha da yaxşılaşdırılacaq. İstənilən qərar ədalət prinsiplərinə söykənəcək”.

O, jurnalistlərin stomatoloqların hər ay paytaxda 1800, rayonlarda 1200 rüsum ödəməsi iddiası  ilə bağlı suallarına cavab olaraq bildirib ki, hazırda konkret məbləğ təyin olunmayıb:

“Maliyyə resurslarına dair konkret plan yoxdur. Vahid qiymət cədvəli qəbul olunsa, qiymətlər müəyyən məsələlələrə görə paytaxt və bölgələrdə fərqlənəcək. Hazırda hansısa konkret rəqəmdən söhbət gedə bilməz”. 

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara tələb qoyulub.

Belə ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu tələb stomatoloqların ciddi narazılığına səbəb olub.

Bir qrup stomotoloq mövcud qərarla bağlı TƏBİB-ə müraciət qəbul edib.   

Qiymət Mahir

Aynur TAC

tag: TƏBİB,Sorğu,Stamotoloq,Cavab,Todaypress.tv,