Stress xərçəng xəstəliyinə faydalı ola bilər
Sosial
20.10.2025 19:45
Naqoya və Tokio universitetlərinin alimləri müəyyən ediblər ki, oksidləşdirici stress həmişə xərçəngin inkişafını sürətləndirmir. Araşdırma göstərib ki, "BRCA2" geni mutasiyaya uğradıqda, oksidləşdirici stress şişlərin böyüməsini dayandıra bilər.
TodayPress TV xəbər verir ki, nəticələr "Redox Biology" jurnalında dərc olunub.
Professorlar "BRCA2" mutasiyası olan siçovullarda oksidləşdirici stressin təsirini araşdırıb. Oksidləşdirici stress yaratmaq üçün heyvanlara dəmir-nitrilotriasetik turşu (Fe-NTA) yeridilib. Gözlənilənin əksinə olaraq, mutant siçovullarda şişlər artmayıb, əvəzində idə dəmirdən asılı hüceyrə ölümü prosesi aktivləşib. Bu proses potensial xərçəng hüceyrələrinin məhvinə səbəb olub.
Tədqiqatçılar hesab edirlər ki, ferroptoz "BRCA2" mutasiyasının yaratdığı genetik zədələri kompensasiya edən qoruyucu mexanizm rolunu oynaya bilər.
Türkan İsgəndərli
tag: Xərçəng,Stress,Tədqiqat,Şiş,Todaypress.tv,
