Sosial Xidmət Mərkəzlərinin benefisiarları üçün muzeyə ekskursiya təşkil edildi
Sosial
25.06.2025 17:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətənə sevgi” adlı tədbir keçirilib.
TodayPress TV xəbər verir ki, tədbirin məqsədi uşaqların təlim-tərbiyəsində vətənpərvərlik və milli ruhun ön plana çəkilməsinə, həmçinin onların psixoloji və emosional inkişafına dəstək olmaqdır.
Agentliyin Sosial Xidmət Mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan uşaqların və onların valideynlərinin iştirak etdiyi görüşdə həmin mərkəzlərin nəzdində yaradılan “Parla” inklüziv-mədəni kollektivinin ifasında müxtəlif rəqs, musiqi və digər fəaliyyətlər təqdim olunub.
Konsert proqramından sonra uşaqlar Muzeydə yeni açılmış “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı ekspozisiya ilə tanış olublar.
Sonra Muzeyin əməkdaşları tərəfindən uşaqlar üçün master-klass təşkil olunub.
tag: ƏƏSMN,SXA,Tədbir,Vətənə Sevgi,Todaypress.tv,








