3 saylı Uşaq evinin sakinləri üçün piknik təşkil olundu

Sosial

08.09.2025 12:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay mövsümünün başa çatması və yeni dərs ilinin başlanması münasibətilə piknik keçirilib.

Bu barədə TodayPress TV-yə SXA-dan məlumat verilib.

Tədbir çərçivəsində uşaqlar üçün animator və klounun iştirakı ilə müxtəlif əyləncəli oyunlar, rəsm üzrə master-klas və alov şousu təşkil olunub. Qeyd edək ki, bu kimi əyləncəli tədbirlər mütəmadi olaraq Agentliyin bütün müəssisələrinin sakinləri üçün keçirilir.

TodayPress TV

tag: ƏƏSMN,SXA,Piknik,Tədbir,Todaypress.tv,

photo
photo
photo
photo
photo