Sentyabr ayının zəhərlənmə statistikası: ölüm sayı azaldı
Sosial
01.10.2025 10:33
2025-ci ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbilə qəbul olunub.
TodayPress TV xəbər verir ki, onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, 2 nəfəri spirtli içkilərdən, 8 nəfəri ilan sancmasından, 7 nəfəri allergik reaksiyadan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri həlledici maddədən, 6 nəfəri fosfor üzvi birləşmələrdən, 2 nəfəri anafilaktik şokdan, 1 nəfəri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Pasiyentlərin hər birinə tibb personalı tərəfindən intensiv müalicə tədbirləri tətbiq edilib.
Düzgün müalicə taktikaları nəticəsində 88 nəfər sağalaraq, qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.
Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, 3 nəfərin (2 kişi, 1 qadın olmaqla) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman preparatları ilə ağır zəhərlənmə olub.
Əhalini məişətdə təhlükəli kimyəvi maddələrdən istifadə zamanı diqqətli olmağa, dərman preparatlarını yalnız həkim göstərişi ilə qəbul etməyə və xüsusən də sirkə turşusundan istifadə edərkən ehtiyatlı davranmağa çağırırıq.
tag: KTM,Sentyabr,Zəhərlənmə,Statistika,Todaypress.tv,
 
        
 
                                ![Piylənmə və şəkərli diabetin [[yeni səbəbi]] aşkarlandı](/uploads/news/68ef5e74900d1.webp) 
                                            ![Uzun müddət oturmaq [[beyin sağlamlığına]] zərər verir](/uploads/news/6831ad2454ba3.webp) 
                                            ![Turşular insan sağlamlığı üçün [[faydalıdır]]](/uploads/news/68d151806ec68.webp) 
                                            ![Parasetamolun təsiri ilə bağlı [[sirr açıldı]]](/uploads/news/6853b476d52ad.webp) 
                                            ![[[TƏBİB:]] Metroda doğulan körpə süni tənəffüs aparatına qoşulub](/uploads/news/6895b4bf14a1d.webp) 
                                            ![“815” Çağrı Mərkəzinə iyul ayı ərzində [[16 minə yaxın zəng]] daxil olub](/uploads/news/689eca906fc0a.webp) 
                                            ![Səhiyyə naziri institutun [[yeni rektorunu]] kollektivə təqdim etdi](/uploads/news/686cd073ca0a2.webp) 
                                            ![Ağız qoxusundan qurtulmağın [[qeyri-adi yolu]]](/uploads/news/683020ad937e0.webp) 
                                            ![Xəstəxanaya yerləşdirilən [[Xalq artistinin son durumu]] açıqlandı](/uploads/news/687698cd9615e.webp) 
                                             
                                            