Oktyabrın ilk günü hava yağıntılı və küləkli olacaq
Sosial
30.09.2025 13:08
Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Yağıntılar axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 9-14° isti olacaq.
tag: Hava,Yağış,Külək,Atmosfer,Todaypress.tv,
 
        
 
                                ![Çimərliklərdə temperatur [[28 dərəcə isti olacaq]]](/uploads/news/687cbcae811aa.webp) 
                                             
                                            ![[[Türkiyə və Gürcüstandan olan din xadimləri]] Azərbaycana səfər edəcək](/uploads/news/6837fb004fa41.webp) 
                                            ![Sumqayıtın [[bəzi ərazilərində]] qaz kəsiləcək](/uploads/news/68b6ea54bf6cc.webp) 
                                            ![Şamaxıda [[vətəndaşların qəbulu]] keçiriləcək](/uploads/news/68b6bb1e3b33d.webp) 
                                            ![London Dizayn Biennalesidə [[Azərbaycan pavilyonunun]] rəsmi açılışı oldu](/uploads/news/6853daf0adfe0.webp) 
                                            ![Bakının [[551 küçəsi]] yuyuldu](/uploads/news/682896a088281.webp) 
                                            ![“İnsan Hüquqları Aylığı” çərçivəsində [[uşaq hüquqlarının müdafiəsi və təbliği]] məsələlərinə geniş yer verilir](/uploads/news/684d6a904ad73.webp) 
                                            ![Şimşək çaxacaq, dolu düşəcək - [[XƏBƏRDARLIQ]]](/uploads/news/68458af5713f6.webp) 
                                            ![[[Küləkli hava şəraiti ilə bağlı]] sarı xəbərdarlıq verildi](/uploads/news/6826d61ae85b9.webp) 
                                            