Azərbaycanda niqab qadağan olunacaq? – Millət vəkili açıqladı

Cəmiyyət

01.07.2025 16:50

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin geyinilməsini qadağan edən qanun imzalayıb. Bəs Azərbaycanda da bu məsələ qaldırıla bilər? 

Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, dünyəvi dövlətlərin bu kimi qərarlar qəbul etməsi digər ölkələrdə də müzakirə olunmalıdır.

"Bu hansı motivlə qəbul olunur? Dövlətin təhlükəsizliyi üçün vacibdirmi? Biz təbii ki, vətəndaşların seçim azadlığını, dini inanclarına hörməti əsas götürürük. Dövlətin təhlükəsizliyi məsələsi də prioritet məsələ kimi önə çıxır. Əgər bu, dövlətin təhlükəsizliyi üçün edilirsə, buna normal baxıla bilər. Amma hansısa bir şəkildə belə bir təhlükə yoxdursa, insanların inancına uyğun olan geyim formasına qarışmaq doğru olmaz". 

Qeyd edək ki, yeni qanuna əsasən, Qazaxıstanda sifəti tanınmaz hala salan geyimlər ictimai yerlərdə qadağan edilir. Qadağa ictimai təhlükəsizliyin və nizamın qorunması kimi əsaslandırılıb.

Türkan İsgəndərli

tag: Fazil Mustafa,Deputat,Azərbaycan,Niqab,Todaypress.tv,

photo