Rövşən Rzayev vətəndaş qəbulu keçirdi

Cəmiyyət

05.08.2025 13:12

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

TodayPress TV xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib.

Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək. Komitə sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

tag: Rövşən Rzayev,Vətəndaş,Qəbul,Görüş,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo