Baş prokuror Nəsimidə vətəndaşları qəbul etdi

Cəmiyyət

29.08.2025 16:04

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Avqustun 29-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati binasında Nəsimi rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 38 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

tag: Baş Prokuror,Kamran Əliyev,Nəsimi,Vətəndaş,Qəbul,Todaypress.tv,

photo