Ekspertdən gediş haqqı artımına tənqid: “Xidmət keyfiyyəti yüksəlməyib"
Sosial
29.09.2025 13:04
Oktyabrın 1-dən etibarən metro və avtobuslarda gediş haqqı 60 qəpik təşkil edəcək.
Bu qərarın
xidmətin davamlılığının təmin olunması və keyfiyyətin artırılması istiqamətində
mühüm addım olması gözlənilir.
Lakin
iqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib ki, əvvəlki dövrlərdə
qiymət artımı baş versə də, xidmət keyfiyyəti gözlənilən səviyyəyə yüksəlməyib.
Onun
sözlərinə görə, beynəlxalq standartlarla müqayisədə vəziyyət hələ də qənaətbəxş
deyil:
"Sərnişinlərin
şikayətlərinə baxılmır, qışda istilik, yayda isə sərinləşdirici sistemlər işləmir.
Əgər xidmətin yaxşılaşdırılması vətəndaşın cibindən çıxan əlavə vəsaitlə təmin
olunursa, o halda sərnişinlər layiqli xidmət almalıdırlar".
İqtisadçı
əlavə edib ki, metro elektriklə işlədiyindən yanacağın qiymətindəki dəyişiklik
bu sahəyə təsir etmir. Avtobuslarda isə qiymət artımı əsasən
diferensiallaşdırma məqsədi daşıyır.
Taksi
fəaliyyətindəki son qiymət artımlarına da toxunan ekspert bunu əsassız sayıb:
“Yanacağın
qiyməti qalxmayıb ki, taksilərdə də gediş haqqı buna uyğun artsın. Bu addım sərnişinlər
üçün əlavə yükdən başqa bir şey deyil", - deyə Günay Hüseynova fikrini
tamamlayıb.
Türkan
İsgəndərli
tag: Gediş haqqı,Artım,60 qəpik,Tənqid,Todaypress.tv,
