“E-bülleten” sisteminə keçid bir çox xidmətlərdə keyfiyyət artımı və çevikliyə imkan verib

Sosial

24.06.2025 13:58

Bu il mayın 1-dən ölkəmizdə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması mühüm əhəmiyyəti ilə diqqəti cəlb edir.

Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işinin nəticəsi olaraq xəstəlik vərəqəsinin e-sənəd formasında tərtib olunmasının faydaları:

- e-sistemin geri tarixə xəstəlik vərəqəsinin açılmasını mümkünsüz etməsi bu vərəqənin açılmasında hər hansı subyektivlik və saxtakarlıq halının baş verməsinin qarşısını alır;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəli tərtib edilərkən xəstəlik vərəqələrinin skan edilib e-sistemə yüklənməsinə ehtiyac qalmır, həmin məlumatlar “Əmək və Məşğulluq” alsistemində (ƏMAS) avtomatik əks olunur və kağız daşıyıcılardan istifadə zərurəti, vaxt itkisi aradan qalxır;  

- işəgötürən əməkdaşına xəstəlik vərəqəsi açılması, habelə hansı tarixdə və tibb müəssisəsində açılması barədə ƏMAS vasitəsilə operativ məlumat əldə edir;

- xəstəlik vərəqəsi bağlanana qədər işçinin əmək müqaviləsinə xitam verilməsi avtomatik məhdudlaşır;

- xəstəlik vərəqəsi üzrə e-sənəd əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuma görə müavinət təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna e-qaydada göndərilir və  Fond üçün müavinət təyinatına əsas yaradır, təyinat prosesi çevikləşir;

- istehsalatda bədbəxt hadisə ilə əlaqədar xəstəlik vərəqi açıldıqda Dövlət Əmək Müfəttişliyi Xidməti bu barədə operativ məlumat alır və təhqiqat prosesi çevikləşir;

- növbəti mərhələdə əlilliyin qiymətləndirilməsi üçün göndərişlər tərtib olunarkən xəstəlik vərəqi üzrə məlumatlar manual deyil, avtomatik e-sistemdə əks olunur;

- işəgötürənlər e-bülletenləri ƏMAS-dan, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat əldə edə bilirlər.

tag: ƏƏSMN,E-bülleten,Keçid,Xidmət,Todaypress.tv,