DSMF sədri Lənkəranda vətəndaş qəbulu keçirdi

Sosial

11.07.2025 17:31

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Lənkəran rayonunda bu rayonun sakinlərini qəbul edib.

Bu barədə TodayPress TV-yə Fonddan məlumat verilib.

Qeyd edilib ki, qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub.

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

tag: DSMF,Sədr,Vətəndaş,Qəbul,Todaypress.tv,

photo
photo
photo
photo
photo