DİN kiberdələduzluq halları ilə bağlı çağırış etdi
Sosial
10.06.2025 10:27
Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.
TodayPress TV xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.
Vətəndaşlara bir daha xatırladılır ki:
— Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.
— Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür.
Vətəndaşlara tövsiyə edirik ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin, heç bir halda şəxsi və maliyyə məlumatlarınızı paylaşmayın, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəsin və nömrəni bloklayın.
Qeyd edək ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
tag: DİN,Polis,Dələduzluq ,Pul,Köçürmə, Zərərçəkən, todaypress.tv,
 
        
 
                                ![[[3000 ədəd çətənə kolu]] aşkarlandı](/uploads/news/68317097c91ea.webp) 
                                            ![Qəbələdə [[itkin düşən]] şəxs tapıldı](/uploads/news/6887092d8b8c8.webp) 
                                            ![Böyürtkən yığan [[kişi güllələndi]]](/uploads/news/68c464051647c.webp) 
                                            ![Cinayət törətməkdə şübhəli bilinən [[48 nəfər]] saxlanıldı](/uploads/news/683a93c52a311.webp) 
                                            ![Dağda köməksiz qalan [[qadın xilas edildi]]](/uploads/news/685d6f808ed48.webp) 
                                            ![İtkin düşən [[4 nəfər]] tapıldı](/uploads/news/6843f4c4edc2f.webp) 
                                            ![Laçında [[qardaş qardaşı ov tüfəngi]] ilə öldürdü](/uploads/news/689b645aa6257.webp) 
                                            ![İtkin düşən [[7 nəfər]] tapıldı](/uploads/news/68c289f45155b.webp) 
                                            ![David Manukyan [[Azərbaycan ərazilərində mina basdırılması]] ilə bağlı sualları cavablandırdı](/uploads/news/6853ea8115149.webp) 
                                            ![Şirvanda [[6 aylıq körpə]] ölü doğuldu](/uploads/news/68491b810152c.webp) 
                                            