Səbaildə heroin satan narkokuryer saxlanıldı
Hadisə
08.09.2025 10:21
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 32 yaşlı əvvəllər məhkum olunmuş Kənan Həsənov saxlanılıb. Ondan 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkarlanıb.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz olaraq davam etdirilir.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,