59 yaşlı qadın həyətində ölü tapıldı
59 yaşlı qadının meyiti yaşadığı evin həyətində aşkar edilib.
TodayPress TV xəbər verir ki, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər sakini yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb.
Meyitin Bərdə şəhər sakini Novruzova Reyhan Musa qızına məxsus olduğu bildirilib. İlkin məlumata görə, onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.