Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başladı
Sosial
03.10.2025 12:38
Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən elektrik avtobuslarının istehsalı müəssisəsində bu ilin sonunadək 300 avtobusun istehsalı planlaşdırılır.
Bunu TodayPress TV-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, bu avtobusların 200-ü Bakı, 60-ı Naxçıvan, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur:
"Avtobuslar 9, 10 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək", – deyə o qeyd edib.
Xatırladaq ki, avtobuslar Çin–Azərbaycan ortaq müəssisəsi olan "Azerbaijan Energy Automotive Factory"də istehsal olunur. Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.
tag: Çin,Azərbaycan,Avtobus,İstehsal,Todaypress.tv,
 
        
 
                                ![Sabunçu və Xəzər rayonlarında [[qaz]] olmayacaq](/uploads/news/68c8f30f04b0d.webp) 
                                            ![[[TDT-nin Baş katibinin müavini:]] Azərbaycan türk dünyasında körpü rolunu oynayır](/uploads/news/68da21f2dd62f.webp) 
                                            ![Oktyabr çağırışının [[gedişatı]] müzakirə olundu](/uploads/news/690081e8d1445.webp) 
                                            ![Gənc prokurorluq işçiləri ilə [[görüş keçirildi]]](/uploads/news/68d66d9d989d0.webp) 
                                            ![28 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/6841554497973.webp) 
                                            ![Suraxanıda qaz [[olmayacaq]]](/uploads/news/68fb78b518bee.webp) 
                                            ![Əfv Komissiyasının [[növbəti iclasları nə zaman]] başlayacaq?](/uploads/news/683449bd523d8.webp) 
                                            ![Uşaqlara qarşı zorakılıq niyə artır? [[– Sosioloq açıqladı]]](/uploads/news/6839b97593918.webp) 
                                            ![BDYPİ [[sürücülərə müraciət]] etdi](/uploads/news/6826e3f2c395d.webp) 
                                            ![Onlayn [[media subyektlərinə dəstək müsabiqəsinin]] nəticələri açıqlandı](/uploads/news/68568f281d93f.webp) 
                                            