Cəbrayılda Səyyar ASAN xidmət təşkil edildi

Sosial

23.09.2025 15:50

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Cəbrayıl rayonunda Səyyar ASAN xidmət təşkil edib.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Bildirilib ki, sentyabrın 26-dək vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.

Qeyd edək ki, bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində də vətəndaşlar səyyar xidmətlərdən yararlanıb.

TodayPress TV

tag: Cəbrayıl,Səyyar,ASAN,Xidmət,Vətəndaşlar,Todaypress.tv,

photo
photo
photo
photo