Anar Əliyev İsmayıllıda vətəndaşları qəbul etdi

Sosial

29.08.2025 14:23

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İsmayıllı rayonunda İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edib.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Qəbuldan əvvəl A.Əliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. 

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

tag: Anar Əliyev,ƏƏSMN,Vətəndaş,Qəbul,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo