32 dərəcə isti olacaq - SABAHIN HAVASI
Sosial
09.06.2025 12:03
Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.tv,
 
        
 
                                !["Zülfi Hacıyev" kran gəmisinin [[əsaslı təmiri]] başa çatdı](/uploads/news/68ca647aa8dfc.webp) 
                                            ![Çimərliklərdə hava [[necə olacaq?]]](/uploads/news/686104cc3ef16.webp) 
                                            ![DSX-də [[tədbir]] keçirildi](/uploads/news/68870d405306b.webp) 
                                            ![Şabran şəhərində [[yol nişanlanma işləri]] həyata keçirildi](/uploads/news/68aefa0e1de2f.webp) 
                                            ![Bakı metropolitenində tarixi nailiyyət: [[interval 1 dəqiqə 45 saniyəyə endirildi]]](/uploads/news/68c3c9e14cefe.webp) 
                                            ![Leysan yağacaq, güclü külək əsəcək [[- SABAHIN HAVASI]]](/uploads/news/683d61a62585b.webp) 
                                            ![Qarabağ və Şərqi Zəngəzura [[səfər edənlərin sayı]] açıqlandı](/uploads/news/68765ec9cd48c.webp) 
                                            ![[[“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası”]] layihəsi həyata keçiriləcək](/uploads/news/6835c13bee6b9.webp) 
                                            ![Qubada din xadimləri üçün [[seminar-treninq]] keçirildi](/uploads/news/68a71f078bd81.webp) 
                                            ![“ASAN xidmət” [[Afrikada beynəlxalq forum]] təşkil etdi](/uploads/news/685a4be763d61.webp) 
                                            