Uşaq evinin sakinləri arasında badminton yarışının final mərhələsi keçirildi

Sosial

23.09.2025 14:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri arasında keçirilən badminton yarışının final mərhələsi keçirilib. 

TodayPress TV xəbər verir ki, müəssisədə yaşayan 20 nəfər uşağın cəlb olunduğu yarışların məşq prosesləri yay tətili müddətində həftədə 2 dəfə təşkil edilib.

Növbəti mərhələdə isə məşğələlərdə fəallığı ilə seçilən 10 uşaq final yarışında mübarizə aparıb. 

Yarış uşaqlar arasında sağlam həyat tərzinin aşılanması, idmana marağın artırılması, eləcə də dostluq və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi məqsədi daşıyır. 

Agentliyin Paralimpiya İdman Kompleksində təşkil edilən final yarışının sonunda qaliblər mükafalandırılıb. 

Tədbir əyləncəli proqram ilə davam edib.

TodayPress TV

tag: ƏƏSMN,SXA,Badminton,Yarış,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo