Tramp: "Seçkilər saxtalaşdırılmasaydı, bu saziş dörd il əvvəl imzalanardı"
Siyasət
09.08.2025 00:42
"Bu işi həll etmək (Azərbaycan və Ermənistan arasındakı razılaşma - red.) böyük nailiyyətdir".
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə mətbuata birgə bəyanatları zamanı deyib.
"Kaş ki, daha əvvəl burda olsaydıq. Əgər seçkilər fərqli keçsəydi… Mən çalışıram, nəzakətli olum, mübahisəli danışmayım, deməyim ki, seçkilər saxtalaşdırılıb. Amma əgər saxtalaşdırılmasaydı, mən bu problemi dörd il əvvəl həll etmiş olardım. Əgər seçki saxtalaşdırılmasaydı, bu saziş dörd il əvvəl imzalanardı.
Cozef Bayden administrasiyası bu iş üçün demək olar ki, heç nə etmədi. Onlar heç bir sahədə ciddi nəticə əldə edə bilmədilər. Ölkə çox pis vəziyyətdə idi. Mən bunu dəfələrlə demişəm".
Qiymət Mahir
Töhfə Səməd
tag: Donald Tramp,ABŞ,Seçki,Cozef Bayden,Todaypress.tv,