İran rəsmiləri Xankəndiyə qara geyimdə gəldi: Matəm, yoxsa mesaj?

Siyasət

04.07.2025 12:49

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana səfər edib və Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək.

TodayPress TV xəbər verir ki, İran lideri və onu müşayiət edən nümayəndə heyətinin qara geyimdə olması diqqət çəkib.

Maraqlıdır, İran rəsmiləri geyim rəngi ilə hansı mesajı ötürürlər?

Qara rəng diplomatik protokolda klassik və ciddi üslub kimi qəbul olunur. Amma bu dərəcədə yekdil qara geyim seçimi sıradan bir təsadüf kimi görünmür. 

Belə ki, İranın rəsmi dairələrində qara rəng çox vaxt matəm, hüzn və siyasi mesaj vasitəsi kimi istifadə olunur. Xüsusilə son günlər İsrail-İran qarşıdurmasında İranın bir neçə yüksək vəzifəli şəxsinin öldürülməsi fonunda bu rəng seçimi təsadüfi görünmür. Görünür, Pezeşkian və heyəti bu itkilərlə əlaqəli yas saxlayır.   

Digər tərəfdən, Məhərrəm ayıdır. İran isə İslam dünyasında Məhərrəm ayının ən dərindən yaşandığı ölkələrdən biridir. Qara geyim bu mənada da uyğundur. Pezeşkianın və nümayəndə heyətinin geyimi təkcə siyasi deyil, dini bir bağlılığın da ifadəsi ola bilər.   

Qara geyim eyni zamanda İranın regiondakı və ya beynəlxalq səviyyədəki gərginliklərə qarşı mövqeyini və sərt duruşunu da simvolizə edə bilər.

Qiymət Mahir

tag: Məsud Pezeşkian,İran,Azərbaycan,Səfər,Todaypress.tv,