Ölkəyə tək layiq olan prezident İlham Əliyevdir – Novella Cəfəroğlu

Siyasət

02.09.2025 15:15

"Prezident seçkilərində dedim ki, alternativ yoxdur. Çünki müxalifət bir yerə yığışıb alternativ adam çıxarda bilmədi. Ölkəyə tək layiqli prezident İlham Əliyevdir".

Hüquq Müdafiəçisi Novella Cəfəroğlu bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib. 

Onun sözlərinə görə, yalnız İlham Əliyev çətin müharibə dövründən qələbə ilə çıxa bilərdi.

"Müxalifət üzvləri haqqımda çox danışırlar. Kənarda fikirlərimi təsdiqləsələr də, partiyada mənə qarşı çıxırlar. Mən müxalifəti də, iqtidarı da tənqid edə bilərəm. Amma heç vaxt təhqir etmərəm. Təhqir edənləri də hər yerdə qınayıram". 

Novella Cəfəroğlu vurğulayıb ki, hər partiyanın üzvləri bir-birləri ilə danışaraq çətin məsələlərin həllini tapa bilərlər.

Türkan İsgəndərli

tag: Novella Cəfəroğlu,Hüquq müdafiəçisi,Prezident,İlham Əliyev,Todaypress.tv,