Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK: Mümkün namizədin ADI AÇIQLANDI
Siyasət
15.08.2025 15:36
"Azərbaycanın Ermənistandakı səfiri postu üçün bir sıra ciddi namizədlər mövcuddur. Məncə, belə bir siyasi istiqamətin kurasiyası Baş nazirin müavini Şahin Mustafayevə həvalə olunmalıdır".
Siyasi ekspert Əziz Əlibəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Şahin Mustafayev yalnız səfir kimi deyil, eyni zamanda Azərbaycanın Ermənistanla bağlı siyasətini əlaqələndirən, bu istiqamətdə diplomatik nümayəndəliyə rəhbərlik edə biləcək uğurlu kadr təsiri bağışlayır:
"Səlahiyyət müqayisəsi aparmaq niyyətində deyiləm, amma düşünürəm ki, İrəvanda fəaliyyət göstərəcək şəxsə məxsus diplomatik imtiyazlar və immunitetlər fövqəladə və səlahiyyətli səfirin imkanlarından daha geniş olmalıdır. Bu, mənim şəxsi fikrimdir. Təbii ki, Azərbaycanda bu təyinat üçün kifayət qədər peşəkar kadr tapmaq mümkündür".
Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişdə hər iki ölkə arasında diplomatik münasibətlərin yaradılması nəzərdə tutulur.
Qiymət Mahir
tag: Azərbaycan,Ermənistan Səfir,Səfir,Şahin Mustafayev,Todaypress.tv,
