Uzunmüddətli stressin yaratdığı fəsadlar
Sağlamlıq
07.09.2025 17:43
Müasir həyat tərzinin qaçılmaz hissəsi olan stress, uzun müddət davam etdikdə bədən və zehin üçün ciddi problemlər yarada bilər.
TodayPress TV xroniki stress immun sistemini zəiflədərək insanı infeksiyalara daha həssas edir.
Həmçinin, stressin yaratdığı hormon balansızlığı ürək-damar xəstəliklərinin, yüksək qan təzyiqinin və hətta şəkərli diabetin inkişafına səbəb ola bilər.
Psixoloji sağlamlığa mənfi təsir edən stress, yuxu pozğunluqları, diqqət çatışmazlığı, və hətta depressiya kimi narahatlıqlara gətirib çıxarır. Uzunmüddətli stressin səbəb olduğu yorğunluq, insanın gündəlik fəaliyyətini məhdudlaşdırır və həyat keyfiyyətini aşağı salır.
Stresslə mübarizə üçün müxtəlif üsullar mövcuddur. Nəfəs məşqləri və meditasiya bədəni sakitləşdirərək, zehni rahatlaşdırır.
Uzunmüddətli və güclü stress hallarında psixoloq və ya terapevtə müraciət etmək məsləhət görülür. Peşəkar dəstək stresin idarə olunmasında effektiv metodları öyrənməyə kömək edir və sağlamlığı qoruyur.
Türkan İsgəndərli
tag: Stress,Zehin,Ürək-damar,Yuxu,Todaypress.tv,