Duşdan sonra edilən bəzi səhvlər saç tökülməsinə səbəb olur
Sağlamlıq
15.08.2025 18:46
Saç sağlamlığı üzrə mütəxəssislər bildirirlər ki, yaş saçlara düzgün qulluq edilmədikdə onların zədələnmə və tökülmə riski artır. Belə ki, saçlar yaş halda molekulyar səviyyədə daha həssas olur və quru saçlara nisbətən daha asan zədələnir.
TodayPress TV xəbər verir ki, yaş saçları fenlə qurutmaq və ya səhv şəkildə daramaq saç tökülməsi ilə nəticələnə bilər.
Bu səbəbdən saçların daha az zərər görməsi üçün doğru daranma texnikasına əməl etmək tövsiyə olunur.
Ən az travmatik üsul kimi geniş dişli daraqdan istifadə edilməsi məsləhət görülür. Saç uclarından başlanaraq yavaş-yavaş yuxarıya doğru daramaq lazımdır. Saçları birbaşa kökdən daramaq isə əlavə gərginliyə və qırılmalara səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, düzgün qulluq və doğru üsullar saçların sağlam və güclü qalmasında mühüm rol oynayır.
Türkan İsgəndərli
tag: Saç,Duş,Fen,Daraq,Todaypress.tv,