Beyini cavan saxlamağın sirri
Sağlamlıq
03.06.2025 14:05
Bir fincan kofeinli qəhvə yaşlandıqca sağlamlığın qorunmasına kömək edə bilər.
TodayPress TV xəbər verir ki, 50 min qadının məlumatları üzərində aparılan araşdırma göstərib ki, 45–60 yaş arasında müntəzəm olaraq qəhvə içənlər 70 yaşdan sonra daha yaxşı zehni vəziyyət, əhval və fiziki aktivlik nümayiş etdirirlər.
Tədqiqat nəticələri beynəlxalq qidalanma konfransında təqdim olunub. Qəhvədəki kofein “sağlam yaşlanma” ilə əlaqələndirilib. Yəni xroniki xəstəliklərin azlığı, güclü yaddaş və fiziki aktivliyin qorunması ilə.
Ən güclü təsir gündə orta hesabla 2,5 fincan qəhvə içənlərdə müşahidə olunub. Kofeinsiz içkilər, o cümlədən çay və qəhvə, bu faydanı göstərməyib. Əksinə, hər stəkan qazlı içki (kola) sağlam yaşlanma şansını dörddə bir azaldıb.
Araşdırmaya görə, qəhvənin bu təsiri onun bioaktiv maddələri və insan genetikası ilə qarşılıqlı təsirindən qaynaqlana bilər. Lakin vurğulanır ki, qəhvə təkbaşına deyil, balanslı qidalanma, hərəkətlilik və zərərli vərdişlərdən uzaq durmaqla birlikdə daha çox fayda verir.
Türkan İsgəndərli
tag: Kofe,Qəhvə,Beyin,Sağlamlıq,todaypress.tv,