Ermənistanlı deputat Xaçatur Sukiasyana Rusiyaya giriş qadağan edildi

Qərbi Azərbaycan

24.06.2025 22:35

Ermənistan Parlamentində hakim partiyanı təmsil edən deputat Xaçatur Sukiasyana Rusiya Federasiyasına giriş qadağan edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “24news” məlumat yayıb.

Qadağanın səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Federal Təhlükəsizlik Xidməti “Alrosa” şirkətinin istehsalı olan yüksək əyarlı almazları qarət edərək, Ermənistanın hakimiyyətyönümlü deputatı Xaçatur Sukiasyanın şirkətinə satan dəstə üzvlərini həbs edib.a

tag: Ermənistan, Rusiya, Deputat, Qadağa, todaypress.tv,