Ermənistanda hakimiyyət çevrilişi cəhdinin qarşısı alındı

Qərbi Azərbaycan

25.06.2025 10:28

Ermənistanın İstintaq Komitəsi müxalif “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdarlarını terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib.

TodayPress TV xəbər verir ki, Komitənin rəsmi saytında yer alan məlumata görə, arxiyepiskop 2023-cü ilin noyabrından başlayaraq Ermənistan konstitusiyasının nəzərdə tutmadığı yollarla hakimiyyət dəyişikliyinə nail olmağa çalışıb.

Bildirilir ki, Qalstanyan bu məqsədlə bəzi tərəfdarlarının razılığını alaraq xüsusi vasitələr əldə edib və uyğun şərait yaradıb.

Hərəkatın “Telegram” kanalında qeyd olunub ki, iyunun 25-i səhər saatlarında hüquq-mühafizə orqanları Qalstanyanın və tərəfdarlarının evlərində axtarış aparıblar.

Bir gün əvvəl – iyunun 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan “civic.am” saytına istinadən müxalifətin hakimiyyəti dəyişdirmək üçün gizli planı olduğunu bildirmişdi.

Müxalifət bu iddianı məsxərəyə qoyaraq, yayılan planın saxta olduğunu bəyan edib.

Qiymət Mahir

tag: Ermənistan,Nikol Paşinyan,Baqrat Qalstanyan,İttiham,Todaypress.tv,