Ermənistan Azərbaycanla münasibətlərdən danışdı

Qərbi Azərbaycan

26.06.2025 14:05

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar davam edir.

TodayPress TV xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

"Mən prosesin dayandığını hesab etmirəm. Çünki müzakirələr öz axarında davam edir", - o qeyd edib.

Kostanyan həmçinin əlavə edib ki, iki ölkənin nümayəndələrinin tezliklə sülh sazişini müzakirə etmək üçün görüş keçirəcəyinə ümidvar olduğunu bildirib.

tag: Ermənistan,Azərbaycan,Vaan Kostanyan ,Sülh,Todaypress.tv,