Eçmiədzində gərginlik artır: Dindarlarla hökumət qarşı-qarşıya
Qərbi Azərbaycan
27.06.2025 14:10
Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın saxlanmasına cəhd zamanı dindarlar yenidən hüquq-mühafizə orqanlarının Müqəddəs Eçmiədzinə daxil olmasının qarşısını alıblar.
TodayPress TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Katolikosun Eçmiədzindəki iqamətgahının qarşısında baş verən hadisələr canlı yayımlanır.
Arxiyepiskopa qarşı ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamı irəli sürülüb. Saxlanılması üçün əraziyə daxil olmağa çalışan güc strukturlarının əməkdaşları iqamətgahın qapılarını açaraq içəri girməyə cəhd göstəriblər, lakin orada toplaşan dindarlar buna imkan verməyiblər.
Nəticədə qarşıdurma yaşanıb və hüquq-mühafizə qüvvələri geri çəkilməli olublar. Hazırda Eçmiədzinə Ermənistan polisinin, xüsusi təyinatlı qüvvələrin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub. Dindarlar onların hərəkətlərini qanunsuz adlandıraraq, əraziyə daxil olmalarına imkan vermirlər.
Töhfə Səməd
tag: Eçmiədzin,Ermənistan,Qarşıdurma,Dindarlar,Todaypress.tv,
