Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad etdi

Mədəniyyət

27.09.2025 17:11

Şanlı Zəfərlə başa çatan, müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü tamam oldu.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

TodayPress TV xəbər verir ki, sentyabrın 27-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət edib, abidənin girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

TodayPress TV

tag: Mədəniyyət,Nazirliyi,Xiyaban,Ziyarət,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo