"Harri Potter"da Voldemort qadın obrazı ola bilər

Mədəniyyət

22.09.2025 19:15

Yeni "Harri Potter" serialında əsas düşmən Voldemortun cinsiyyəti dəyişdirilə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə "GameReactor" məlumat yayıb.

Məlumata görə, "HBO" qadın aktyoru pis sehrbaz rolunda görməkdə maraqlıdır. Bildirilir ki, həm kişi, həm də qadın aktyorlar üçün kastinqlər keçirilib və hələlik yekun qərar verilməyib.

Qeyd edək ki, "Harri Potter" kitablarının müəllifi C.K. Roulinq cinsiyyət dəyişikliyi məsələlərinə mənfi münasibəti ilə tanınır. Onun bu mövzulardakı fikirləri son illərdə ciddi müzakirələrə səbəb olub.

"HBO"nun planlaşdırdığı "Harri Potter" serialının premyerası 2027-ci ilin əvvəlində gözlənilir. Serial kitabların sayına uyğun olaraq yeddi mövsümdən ibarət olacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Harry Potter,HBO,Hogvarts,Rouling,Todaypress.tv,