Sərginin fəxri yazarı: “Hər şey yüksək səviyyədədir”

Mədəniyyət

01.10.2025 14:48

“Bu gün başlayan kitab sərgisi ilə bağlı təəssüratlarım yüksək səviyyədədir. O mənada ki, ardıcıllıq var”.  

Bu sözləri TodayPress TV-yə 11-ci Bakı Beynəlxaq Kitab Sərgisinin fəxri yazarı, şair, esseist, tərcüməçi Qismət Rüstəmov deyib. 

“Artıq 11-ci kitab sərgisidir. Bu, görülən işlərin keyfiyyətindən də xəbər verir. Hər il yenilənmələr baş verir. Məsələn, bu il artıq salonların da sayı artıb. Üstəlik, yeni butik nəşriyyatlar var. Əlavə olaraq, hər il gənc yazıçılar fəxri yazar kimi dəvət olunur, bu il də məni dəvət ediblər”, - deyə o, həmçinin əlavə edib. 

Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi bu gün öz işinə başlayıb. Sərginin fəxri yazarları Qismət Rüstəmov və Rüstəm Behrudidir. 

Orxan Saffari 

TodayPress TV

tag: Qismət Rüstəmov,Fəxri yazar,11-ci Bakı Beynəlxaq Kitab Sərgisi,Təəssürat,Todaypress.tv,