Əbülfəs Qarayev: “Musiqi müəllimlərin səviyyəsi yaxşı deyil”
Mədəniyyət
23.06.2025 15:09
“Hazırda musiqi müəllimlərinin səviyyəsi gözlədiyimiz kimi yüksək deyil”.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev bunu TodayPress TV-nin "YouTube" kanalıda yayımlanan "Əks Təsir" adlı müsahibə layihəsində deyib.
O, Bakıda musiqi məktəblərində çalışan bir sıra müəllimlərin işdən çıxarılmasına münasibət bildirib:
“Bu məsələ inqilabi yox, daha qiymətləndirmə yolu ilə həll olunmalıdır. Tədricən yerlərin azalması, yaxşı müəllimlərin dəyərləndirilməsi, mükafatlandırılması, məktəblərarası müsabiqələrin keçirilməsi lazımdır. Lakin müəllim öz biliyini şagirdlə bölüşməyi bacarmalıdır. Əgər 3 il dərs alan uşaq tarda ifa edə bilmirsə, bu saydıqlarımın mənası yoxdur. Hər halda bu qərarla musiqi məktəblərini daha yüksək səviyyəyə çatdırmaq istəyirdilər. Yenə də proses tədricən aparılmalı idi. Qəbulun sayını azaldılmalı, işə qəbul zamanı ciddi komissiya formalaşdırılmalı idi. Bu zaman cəmiyyətdə də rahat qəbul olunardı”.
Qiymət Mahir
tag: Əbülfəs Qarayev,Nazir,Müsahibə,Əks-təsir,Todaypress.tv,