Hacı Murad Yengizarovun nəşi sabah Azərbaycana gətiriləcək

Mədəniyyət

15.09.2025 20:00

Xalq artisti Hacı Murad Yengizarovun nəşi sabah Azərbaycana gətiriləcək.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xalq artistinin nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah – 16 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.

Onun cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Hacı Murad Yengizarov uzun illər ərzində Azərbaycan teatr və kino sənətində silinməz izlər qoyub, yaratdığı obrazlarla milli səhnə mədəniyyətimizin inkişafına töhfə verib. Onun zəngin yaradıcılığı, yüksək peşəkarlığı və sənətə bağlılığı aktyor nəsilləri üçün nümunə olaraq daim xatırlanacaq.

TodayPress TV

tag: Xalq Artisti,Mədəniyyət ,Nazirlik, Dəfn,Hacı Murad, todaypress.tv,