“Harry Potter”in yeni serial versiyasının baş rollarının kimliyi açıqlandı

Mədəniyyət

28.05.2025 15:30

4

"HBO Max" platforması məşhur “Harry Potter” əsərinin yeni serial adaptasiyasını hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "Portal Colliderin" məlumat yayıb.

Layihənin əsas rollarını canlandıracaq aktyor heyəti artıq müəyyənləşib.

Serialda Harri Potter obrazını aktyor Dominik Maklaflin, onun ən yaxın dostu Ron Uizlini Alastar Staut, Hermiona Qreynceri isə Arabella Stenton canlandıracaq.

Layihənin rəhbəri Françeska Qardiner bildirib ki, bu üçlük özlərinin unikal aktyorluq qabiliyyətləri ilə seçilib və məhz bu səbəbdən əsas obrazları canlandıracaqlar.

Qeyd olunur ki, gənc sehrbazın macəralarından bəhs edən bu yeni serial üçün baş rollara namizədlərin seçimi açıq kastinq yolu ilə həyata keçirilib.

Töhfə Səməd

tag: HBO Max,Harry Potter,Əsər,Aktyor,todaypress.tv,