Bakıda "Qazaxıstan kinosu ayı" keçirilir

Mədəniyyət

23.07.2025 16:00

Bakıda Qazaxıstan kinematoqrafiyasına həsr olunmuş tədbir Aydın Saxaman tərəfindən çəkilmiş, əfsanəvi musiqi ansamblı “Dos-Mukasan” haqqında filmlə start götürüb.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. 

Film açıq hava kinoteatrı formatında nümayiş olunub. Tədbir çərçivəsində istedadlı azərbaycanlı musiqiçilərin və müğənnilərin çıxış etdiyi konsert proqramı da təşkil edilib.

Tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, yaradıcı ziyalılar, diplomatik korpusun üzvləri, media nümayəndələri, Bakıda yaşayan qazaxıstanlılar və Qazaxıstan incəsənətini sevənlər iştirak ediblər.

Kinomarafon çərçivəsində digər filmlərin nümayişi də planlaşdırılır.

tag: Qazaxıstan ,Kinematoqrafiya ,Dos-Mukasan,Aydın Saxaman,Todaypress.tv,

photo
photo
photo