Al Paçino Papa XIV Leo ilə görüşdü

Mədəniyyət

16.06.2025 20:00

“Xaç atası”, “İrlandiyalı” və “Çapıq üz” kimi klassik filmlərlə tanınan Hollivud ulduzu Al Paçino Vatikanda Papa XIV Leo ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, 85 yaşlı aktyor Nyu-Yorkdan Romaya şəxsi təyyarə ilə gəlib və Papa ilə tanış olan ilk kino ulduzu olub.

Görüşün görüntülərini məşhur prodüser Andrea İervolino sosial şəbəkədə paylaşıb. Hazırda İervolino “Maserati: The Brothers” adlı filmin istehsalı ilə məşğuldur. Film Maserati ailəsinin tarixindən bəhs edir və baş rollarda Al Paçino, Entoni Hopkins, Cessika Alba və Endi Qarsia yer alır.

Rejissoru Bobi Moresko olan ekran əsərində Paçino Vinçenzo Vakkaro obrazını canlandıracaq. Vakkaro, Maserati brendinin formalaşmasında əsas dəstəkçilərdən biri kimi tanınır. Filmin 2025-ci ilin payızında nümayiş olunması planlaşdırılır.

Türkan İsgəndərli

tag: Al Paçino,Hollivud,Papa,Film,Todaypress.tv,