Ətir istifadəsi niyə baş ağrısına səbəb olur?

Maraqlı

14.08.2025 18:30

Mütəxəssislər bildirirlər ki, insanların təxminən 35 faizi ətir istifadə etdikdən sonra baş ağrısı, başgicəllənmə və digər mənfi təsirlərdən şikayət edir. Bu hallar bəzi ətirlərin beyində həddindən artıq yüklənməyə səbəb olan kompleks aromatik maddələrdən ibarət olmasına bağlıdır.

TodayPress TV xəbər verir ki, ətir kompozisiyalarında 20-40 arası müxtəlif aromatik maddə olur və bu, beyinə eyni anda çoxlu siqnal göndərərək beyin qabığının yorulmasına gətirib çıxarır. Nəticədə, istifadəçilərdə baş ağrısı, yorğunluq və ümumi narahatlıq hissi yarana bilər.

Bundan əlavə, bəzi insanlar ətirin tərkibindəki müəyyən komponentlərə qarşı allergik reaksiyalar göstərə bilər. 

Mütəxəssislər ətirin yaratdığı baş ağrısının bəzi hallarda miqrenin simptomlarından biri ola biləcəyini qeyd edirlər.

Türkan İsgəndərli

tag: Ətir,Qoxu,Baş,Ağrı,Todaypress.tv,