"SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatdı

İqtisadiyyat

16.09.2025 10:25

Azərbaycanın #rəqəmsal ekosistemində vacib layihələrdən biri olan “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb.

TodayPress TV xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesabında məlumat verib.

"Bu nailiyyət “SİMA İmza”nın vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları arasında rəqəmsal ünsiyyətin etibarlı və effektiv vasitəsinə çevrildiyini göstərir.

Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın qurumun xidmətlərində "SİMA İmza" inteqrasiya olunub.

Ödənişsiz şəkildə və heç yerə getmədən rəqəmsal imza əldə etmək hər bir vətəndaşımız, xüsusilə də ucqar bölgələrdə yaşayan şəxslər üçün elektron xidmətlərə əlçatanlığı formalaşdırır." - deyə nazir qeyd edib.

TodayPress TV

tag: SİMA,İmza,Yüklənmə,Nazir,Todaypress.tv,