Gürcüstan Azərbaycana və daha 6 ölkəyə borcunu ödədi

İqtisadiyyat

17.09.2025 10:55

Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana "tarixi borcu"n ödənilməsini başa çatdırıb.

TodayPress TV bu barədə Gürcüstanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qonşu ölkə bu ay xarici borcun qalıqlarını tam ödəyib.

Azərbaycandan əlavə, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda olan borclar da ödənilib.

Bütün borclar Gürcüstanın müstəqillik qazandığı ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir.

Ödənişlər 1999-cu ilə qədər götürülmüş 160 milyon dollar məbləğində borcları, 1999-cu ildən 2004-cü ilin mayına qədər olan dövrdə yığılmış öhdəliklər üzrə faizləri, həmçinin əvvəlcədən təsdiqlənmiş qrafikə uyğun olaraq 2004-2006-cı illərdə ödənilməli olan borcları əhatə edib.

Ümumi ödəniş məbləği 225 milyon ABŞ dollarnı keçib.

2025-ci il 31 avqust tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 9,1 milyard ABŞ dolları təşkil edir.

TodayPress TV

tag: gürcüstan,Azərbaycan,Tarixi,Borc,Todaypress.tv,