"Xiaomi" qəhvə ətirli smartfon təqdim etdi

İKT

27.05.2025 13:39

3

Çinin texnologiya şirkəti "Xiaomi" yeni "Civi 5 Pro" smartfonunu təqdim edib.

TodayPress TV xəbər verir ki, “Iced Americano” adlandırılan bu modelin fərqli cəhəti arxa qapağından gələn yüngül qəhvə ətiridir. Bu, telefonun arxa panelində istifadə olunan təkrar emal edilmiş qəhvə torfunun vegan dəri materialından qaynaqlanır.

"Xiaomi" bildirib ki, cihazın hazırlanmasında ekoloji cəhətdən təmiz materiallardan istifadə olunub. Yeni smartfon 6,55 düymlük OLED ekran, "Snapdragon 8s Gen 4" prosessoru, 50 meqapiksel "Leica" üçlü kamerası və 6000 milliamper/saat batareyaya malikdir.

Cihazın qalınlığı 7,45 millimetr, çəkisi isə 181 qramdır. "Xiaomi Civi 5 Pro"nun qiyməti 2999 yuan (təxminən 710 manat) təşkil edir. Hazırda telefonun Çindən kənarda satışa çıxarılıb-çıxarılmayacağı bəlli deyil.

Türkan İsgəndərli

tag: Xiaomi,Qəhvə,Smartfon,Oled,todaypress.tv,