"Samsung"un ağıllı saat satışları 18% azaldı

İKT

07.07.2025 19:30

2025-ci ilin ilk rübündə “Samsung”un ağıllı saat satışları ötən ilin eyni dövrü ilə müqayisədə 18% azalıb. Bu, qlobal geyiləbilən texnologiyalar bazarındakı ümumi 2%-lik eniş fonunda ən ciddi geriləmələrdən biridir.

TodayPress TV xəbər verir ki, “Counterpoint”in hesabatına görə, “Apple”in satışları da 9% azalsa da, Çin istehsalçıları — “Huawei” və “Xiaomi” satışlarını 53%, “Imoo” isə 23% artırıb.

Bazar paylarında dəyişiklik baş verib:

Apple – 20%

Huawei – 16%

Xiaomi – 10%

Samsung və Imoo – hər biri 7%

Artım əsasən Çin bazarındakı 37%-lik sıçrayışla əlaqələndirilir. Əksinə, Hindistan bazarında satışlar 33% azalıb.

İstehlakçılar artıq ucuz modellərdən imtina edərək 100–200 dollar aralığında funksional modellərə üstünlük verirlər. Giriş səviyyəli cihazların satışı 17% azalarkən, daha bahalı saatların satışında 21% artım müşahidə olunub.

Qiymət Mahir

tag: Çin ,İstehlakçı,Hindistan ,Ağıllı saat,Todaypress.tv,