"Xiaomi" kondisionerlərinə 10 illik zəmanət təqdim etdi

İKT

22.09.2025 04:09

"Xiaomi Group" kondisionerlər sahəsində yeni addım ataraq zəmanət müddətini əhəmiyyətli dərəcədə artırıb. İndiyədək 6 il olan zəmanət müddəti artıq bütün modellər üçün 10 ilə qaldırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə şirkətin prezidenti Lu Veybinq sosial şəbəkələrdə açıqlama verib.

O, proqramın divar tipli, döşəməüstü və mərkəzi kondisioner sistemlərinə şamil olunduğunu vurğulayıb.

Yeni qaydalar 2025-ci ildən satışa çıxarılan bütün "Xiaomi" kondisionerlərinə tətbiq ediləcək. Şirkətin hesablamalarına görə, söhbət təxminən 7,5 milyon ədəd texnikadan gedir. Zəmanət paketinə pulsuz təmir, ehtiyat hissələrinin dəyişdirilməsi və tam servis xidməti daxildir. Əvvəllər isə "Mijia" kondisionerlərinə yalnız 6 illik zəmanət verilirdi.

Lu Veybinqin sözlərinə görə, 10 illik zəmanət tamamilə pulsuz təqdim edilir və xüsusilə mərkəzi sistemləri də əhatə etməsi ilə seçilir. Bu sistemlər adətən çətin təmir olunur və uzunömürlü hesab edilir. Prezident bildirib ki, "Xiaomi" bütün servis xərclərini öz üzərinə götürür və bu, müştərilərin uzunmüddətli maliyyə yükünü azaldacaq.

Qiymət Mahir

TodayPress TV

tag: Xiaomi ,Kondisaner,Zəmanət,Şirkət,Todaypress.tv,