Bakıda süni intellekt-akselerasiya mərkəzi açılacaq

İKT

29.09.2025 11:12

Azərbaycanda hökumət açıq məlumat platforması təqdim edir.

TodayPress TV APA-ya istinadla xəbər verir ki, bunu "İNMerge" innovasiya sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, burada dövlətin demək olar bütün məlumatları paylaşılır:

“Ümid edirik ki, özəl sektor və startaplar bundan yararlanacaq və yeni bizneslər quracaq. Bu prosesi sürətləndirmək üçün yaxın günlərdə Bakıda Süni İntellekt Akselerasiya Mərkəzini açacağıq. Bu mərkəz təkcə bizim üçün yox, həm də MDB, Mərkəzi Asiya və Şimali Qafqaz regionları üçün unikal olacaq.

Elə buna görədir ki, qlobal texnoloji şirkətlər Azərbaycanı seçirlər. Son aylarda ABŞ-nin EPAM, Andersen şirkətləri öz ofislərini Bakıda açdılar”.

TodayPress TV

tag: Azərbaycan,Rəşad Nəbiyev,Platforma,Hökümət,Todaypress.tv,