“WhatsApp”a tərcümə funksiyası gəlir
İKT
25.09.2025 19:45
“WhatsApp” istifadəçilərin xarici dil baryerini asanlıqla aşmasına kömək edəcək yeni bir funksiyanı təqdim edib.
TodayPress TV xəbər verir ki, bu funksiya sayəsində artıq gələn mesajları başqa tətbiqlərə kopyalayıb yapışdırmağa ehtiyac qalmayacaq, daha dəqiq, tərcüməni birbaşa “WhatsApp” daxilində etmək mümkün olacaq.
Yeni funksiya şəxsi yazışmalarda, qrup söhbətlərində və “Kanallar” bölməsində istifadə oluna biləcək.
“WhatsApp” bildirib ki, tərcümələr tamamilə cihaz üzərində aparılır və heç bir məlumat serverlərə göndərilmir. Bu da o deməkdir ki, şirkət özü belə tərcümə məlumatlarına daxil ola bilmir və söhbətlərinizin məxfiliyi qorunur.
Qeyd edək ki, “Android” istifadəçiləri üçün ingilis, ispan, hind, portuqal, rus və ərəb dilləri, “İOS” istifadəçiləri üçün 19-dan çox dil dəstəklənir.
Aysel Mətləb
tag: WhatsApp,Tərcümə,Funksiya,Proqram,Todaypress.tv,
